HDP-nin daha bir millət vəkili saxlanıldı

650x344-hdpli-vekil-kaldigi-otelde-gozaltina-alindi-1478243141552Kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) daha bir üzvü və millət vəkili İmam Taşçıer saxlanılıb.

Terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində ifadə verməyə gəlməyən HDP Diyarbəkir Millət vəkili İmam Taşçıer saxlanılıb.

İmam Taşçıerin Ankara Baş Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən qaldığı oteldə həbs olunduğu bildirilir.

Xatırladaq ki, dünən gecə saatlarında həyata keçirilən əməliyyatlar çərçivəsində HDP-nin həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksekdağ da aralarında olduğu 11 nəfər həbs olunub.(avropa.info)