!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Həbib bu döyüşdən nə qədər qazanacaq?- Döyüşçünün atasından AÇIQLAMA

!Reklam – Yazi

Həbib Nurməhəmmədovun Əbu-Dabidə keçirəcəyi döyüşdən əldə edəcəyi qazanc məlum olub.

Yenicag.az xəbər verir ki, Həbibin atası və məşqçisi Abdulmanap Nurməhəmmədov TASS-a müsahibəsində oğlunun Əbu-Dabidəki döyüşdən təqribən 6 milyon dollar qazanacağını açıqlayıb:

“Biz xırda-xuruş üçün döyüşmürük, öz dəyərimizi bilirik”.

Bundan başqa, hazırda Həbibin qapalı məkanda silahlı mühafizəçilər tərəfindən qorunduğu bildirilir. Heç bir təhlükə olmasa da, onun döyüşə daha sakit ortamda hazırlaşması üçün belə bir şəraitin yaradıldığı deyilir.

Qeyd edək ki, sentyabrın 7-də Dağıstan çempionu Həbib Nurməhəmmədovla amerikalı döyüşçü Dastin Puarye arasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə mütləq çempionluq (UFC) uğrunda döyüş keçiriləcək. 30 yaşlı dağıstanlı döyüşçü Həbib indiyə qədər keçirdiyi 27 döyüşün hamısını qələbə ilə başa vurub. Amerikalı döyüşçü isə 30 döyüşdən 25-dən qalib ayrılıb.

Firuzə Alimova

www.yenicag.az

1467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv