Həbib döyüş üçün tərəziyə çılpaq çıxdı – FOTOLAR

UFC çempionu Həbib Nurməhəmmədov Əbu-Dabidə keçiriləcək turnir üçün tərəziyə çıxıb.

Yenicag.az gazeta.ru-ya istinadən xəbər verir ki, Həbib tərəziyə çılpaq çıxması ilə diqqət çəkib. Buna səbəb, döyüşçünün artıq çəkilərini minimuma endirmək olub. Məlumatlara görə, Həbibin 2 sutka ərzində 6 kq çəki atdığı bildirilir. Belə ki, tərəzi onun çəkisini 70,3 kq göstərib. Bundan sonra çempion özünü daha yaxşı hiss etdiyini deyib.

Sentyabrın 7-də keçiriləcək döyüşdə Nurməhəmmədovun UFC titulu uğrunda 2-ci mübarizəsi olacaq.

Xatırladaq ki, Həbib bundan əvvəlki qələbəsini ötən ilin oktyabr ayında Konor Makqreqoru məğlub edərək qazanıb.

Firuzə Alimova