Həbib Nurməhəmmədovun növbəti döyüşünün ŞƏRTLƏRİ

UFC-nin yüngül çəkidə mütləq çempionu Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında keçiriləcək döyüşün şərtləri məlum olub. 

Yenicag.az xəbər verir ki, bu barədə rusiyalı çempion döyüş sənətləri forumunda onlayn-konfrans zamanı bildirib.

O, qeyd edib ki, döyüş qapalı şəraitdə, azarkeşlərsiz olacaq.

Qeyd edək ki, döyüş 24 oktyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.