!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Həbib UFC reytinqində 2-ci pilləyə yüksəldi

!Reklam – Yazi

Rusiyalı Həbib Nurməhəmmədov Qaydasız Döyüş Çempionatının (UFC) reytinqində 8-ci yerdən 2-ci pilləyə yüksəlib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, o, irlandiyalı Konor Makqreqor üzərində qələbə qazandıqdan sonra nail olub. Görüşün 4-cü raundunda rəqibin boğma fəndindən sonra təslim olan K.Makqreqor isə 2-ci sıradan 8-ci yerə enib. UFC-nin prezidenti Deyn Uayt isə çempiona tətbiq ediləcək sanksiyalar barədə danışıb.

“Həbib çempion kəmərini qoruyacaq. Ancaq döyüş üçün nəzərdə tutulan qonorar ona ödənilməyib. O, məbləğin hamısını ala bilməyəcək”, – UFC-nin prezidenti qeyd edib.

Uayt həmçinin UFC-nin digər ölkələrdə Həbibin görüşlərini təşkil etməyi planlaşdırmadığını da vurğulayıb.

Qeyd edək ki, reytinqdə ilk sırada amerikalı Deniel Kormye qərarlaşıb.

www.yenicag.az

6893
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv