Həbibdən sərt etiraz: “Məni itirəcəksiniz”

Məşhur qarşılaşmada Makqreqoru nokauta salan müsəlman döyüşçü Həbib Nurməhəmmədov komanda yoldaşına verilən cəzaya görə qarışıq döyüş sənətlərii təşkilatı olan UFC-yə etirazını bildirib.

Yenicag.az-ın məlumatına görə Həbib deyib: “Əgər komanda yoldaşımı qovmağa qərar vermisinizsə, bunu bilməlisiniz ki, məni də itirəcəksiniz. Rusiyadakı qardaşlarımızdan əsla vaz keçməyəcəyik. Qardaşım üçün axıra qədər mübarizə aparacağam. Onu qovmaq fikriniz qətidirsə, müqaviləmi parçalayıb mənə göndərməyi unutmayın”.

Həbibin Makqreqoru nokauta saldığı döyüşdən sonra komanda yoldaşı Zubayra Tuxuqov rinqdə olan Makqreqorla dava-dalaşda iştirak edib. Bu hadisədən sonra UFC Zubayra Tuxuqovun Artyom Lobov ilə görüşünü ləğv edib. Həbib özünün İnstaqram hesabında bu məsələ ilə bağlı belə bir açıqlama verib:

“Buradan UFC-yə müraciət eləmək istəyirəm: Niyə onların komandası kütləvi şəkildə avtobusa hücum edib bir neçə nəfəri yaralayanda siz heç kimi qovmadınız? Axı onlar orada kimlərisə öldürə bilərdilər. Niyə heç kim mənim vətənimin, dinimin, millətimin, ailəmin təhqir edilməsindən danışmır? Niyə hər iki komanda dalaşdığı halda, siz məhz mənim komandamı cəzalandırmalısınız? Əgər bunu mənim başladığımı deyəcəksinizsə, bununla razı deyiləm, mən onların başladığını sona çatdırdım. Mənim susacağımı düşünürsünüsə, səhv edirsiniz. Siz Zubayranın döyüşünü ləğv elədiniz və yalnız Konoru vurduğu üçün onu qovmaq istəyirsiniz. Halbuki birinci Konor mənim o biri Qardaşımı vurmuşdu – kamerada hər şey görünür. Bilin ki, siz onunla birlikdə məni də itirəcəksiniz, biz Rusiyada özümüzünküləri atmırıq və mən öz Qardaşım üçün axıra kimi gedəcəyəm və əgər siz yenə də onu qovmağı qərara alsanız, müqaviləmi parçalayıb mənə göndərmək yadınızdan çıxmasın, əks halda bunu özüm edəcəyəm. Az qala yadımdan çıxmışdı: mənə söz verib vermədiyiniz qonorarımı özünüzə saxlaya bilərsiniz, ehtiyatlı olun, boğazınızda qalmasın. Biz öz şərəfimizi qoruyurduq və əsas olan budur. Qardaşlarımızın uğrunda biz axıra kimi mübarizə aparacağıq./Hurriyyet/

COP29