Həbs edilən nazir müavininin cəzası aşağı ENDİRİLDİ – QƏRAR

Mədəniyyət nazirinin sabiq müavini, ötən il rüşvət aldığı üçün DTX tərəfindən həbs edilən Rafiq Bayrmovun cəza müddəti aşağı endirilib.

Yenicag.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Bakı Apellyasiya məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, onun həbs müddəti 4 il 6 ay olaraq müəyyən edilib.

Qeyd edək ki, R.Bayramov avqust ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.