Həbs olunan icra başçısının hakim oğlundan AÇIQLAMA

Rüşvət və korrupsiya ittihamı ilə Dövlət Təhlükəsiliyi Xidməti (DTX) tərəfindən həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin Nəriman Rayon Məhkəməsinin hakimi işləyən oğlu Ramin Quliyevlə bağlı məlumatlar yayılıb.

Yenicag.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsindən gununsesi.org-a bildirilib ki, Ramin Quliyevin hakim kimi icraatında olan işlər əlindən alınıb və məhkəmənin digər hakimləri arasında bölüşdürülüb.

R.Quliyev modern.az-a verdiyi açıqlamasında mətbuata danışmaq istəmədiyini bildirib:

“Mən çox üzr istəyirəm. Amma indi heç bir mətbuat qurumuna danışmaq, açıqlama vermək, suallarını cavablandırma istəmirəm. Xahiş edirəm, imkan verin öz dərdimizi çəkək, dərdimizə çarə tapaq”.

COP29