Həbs olunan Lənkəranskinin “qardaşı” belə sərbəst buraxıldı – VİDEO

Çeçen əsilli “qanuni oğru”, kriminal aləmdə “Şeyx Xəmzət” ləqəbi ilə tanınan Xəmzət Qastəmirov azadlığa çıxıb.

Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, o, bu gün Berlin məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.

Alman polisinin həyata keçirdiyi “Rus mafiya atası” kod adlı əməliyyat zamanı saxlanılan Qastəmirovun sərbəst buraxılması ona təxminən 300 min avroya başa gəlib.

Buna isə “Şeyx Xəmzət”in əməliyyat zamanı saxlanılan 17 adamında qanunsuz odlu və soyuq silahların aşkarlanması səbəb olub.

Qeyd edək ki, azərbaycanlı mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı sayılan “Şeyx Xəmzət” daha öncə, daha dəqiqi 2017-ci ilin sentyabrında Hollandiyanın paytaxtı Amsterdamda saxlanılıb. Lakin külli miqdarda məhkəməyə pul ödəyən çeçen əsilli “qanuni oğru” azadlığa çıxmağa müvəffəq olub.

COP29