Həbs olunan qırğız azad olundu – Terrorçu deyilmiş – FOTO

terrorgirgizSosial mediada Akhe Maşrapov adlı qırğız vətəndaşının “Reina” terrorunu həyata keçirən şəxs olması ilə bağlı iddialar yayılıb.

Yenicag.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Maşrapov bununla bağlı qırğız mətbuatına açıqlama verib.

O bildirib ki, terrorçuya oxşadığı üçün İstanbulda həbs olunub, ancaq ifadəsi alındıqdan 1 saat sonra buraxılıb.

Hazırda bu ehtimalin nə qədər həqiqəti əks etdirib-etdirməməsi araşdırılır.

Qeyd edək ki, sosial media istifadəçiləri Maşrapovun pasportunun şəklini paylaşaraq terrorçu olduğunu iddia edirdilər.

Yenicag.az