Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına qadağan olunan əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Xidmətdən Yenicag.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Azad Azər oğlu Novruzova poçt vasitəsilə göndərilən banderola baxış keçirilən zaman orada olan şalvarın cibinə xüsusi üsulla hopdurularaq gizlədilən ümumi çəkisi 1,130 qram olan narkotik maddə – heroin aşkar edilib.
Digər məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilən və hazırda 3 saylı İstintaq təcridxanasında saxlanılan Kamran Rasim oğlu Zeynalovla qısamüddətli görüşə gələn anası Saatlı rayon sakini Laləzar Dövlət qızı Zeynalovanın əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında gizlətdiyi 1 ədəd “KGTEL” markalı mobil telefon aparatı aşkar olunub.
Hər iki faktla bağlı araşdırma aparılır.