“Uşaqlar öz razılıqları ilə mənim yanımdadır, onları məcbur etməmişəm”.
Yenicag.az xəbər verir ki, bunu müğənni Rəqsanə İsmayılova həbsdə olan prodüser
Təranə Səmədovanın 2 övladını ondan xəbərsiz götürərək tanımadığı dayəyə verməsi barədə iddiasına cavab olaraq deyib.
Sənətçi baş verənlərə ilk dəfə olaraq aydınlıq gətirib:
“Uşaqları əvvəlcə uşaq evinə verdim. Həftədə bir dəfə evimə gətirmək üçün icazə aldım. Uşaqları evimə gətirdim. Qız geri qayıtmaq istəmədiyini dedi. Bütün rəsmi qurumlara da bu barədə məlumat verdim. Gəldilər, böyük qız ağlayaraq dedi, mən burada qalmaq istəyirəm. Yazılı şəkildə də bunu bildirdi. Mən də anayam, övladlarım var, hamı bilir ki, necə ürəyim var. O uşaqlar ortalıqda qalmışdı, mən o uşaqlara maddi, mənəvi cəhətdən sahib çıxmışam, sinəmə çəkmişəm, yanımda saxlayıram. Heç kimi də məcbur evimə gətirməmişəm”.
Rəqsanə hazırda uşaqların gələcəkdə yaşaması üçün Təranə Səmədovanın evini də təmir etdirdiyini bildirib.
Nehru