Həbsdəki deputat gələn ay azadlığa çıxacaqdı: Yeni cinayət işi açıldı – FOTO

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb.

Yenicag.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir.

Məlumatı onun vəkili Rəsul Cəfərov saytımıza təsdiq edib.

Qeyd edək ki, H.Abdullayev bundan əvvəl 6 il azadlıqdan məhrum edilmişdi. Həmin müddət gələn ay başa çatır. Bu səbəbdən Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yeni cinayət işinə görə onun haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.

COP29