!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbsdəki yüksək çinli məmurdan AĞIR TƏHDİDLƏR!!!

!Reklam – Yazi

vidadi-zeynalov“Bilmirəm bunu KİV-də hansı mənbəyə istinadla yazırlar ki, guya hüquqlarını müdafiə etdiyim Vidadi Zeynalovun xidməti otağında olan seyfdən xəzinə tapıblar. Biz buna qəti etirazımızı bildiririk”. Bunu “Report”a açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalovun vəkili Adəm Məmmədov deyib.
Vəkil V.Zeynalovun otağından heç bir xəzinə tapılmadığını bildirib: “Əgər Vidadi Zeynalovun iş otağına Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərsə, bu, cinayət işi materiallarına əlavə edilərdi. Belə söhbətləri bəzi qüvvələr cəmiyyətdə çaşqınlıq yaratmaq üçün məqsədli şəkildə çıxarılar. Bir daha deyirəm, bu, yanlış məlumatdır. Necə ola bilər ki, insan öz otağında xəzinə yaratsın, yaxud saxlasın?! Qətiyyən belə bir hal olmayıb. Bu, heç inandırıcı da deyil. Bir şeyi də yaddan çıxarmayaq ki, rabitə və yüksək texnologiyalar naziri Vidadi Zeynalov olmayıb”.

A.Məmmədov bildirib ki, müdafiə etdiyi şəxsin, yəni V.Zeynalovun fikrincə, keçmiş rabitə naziri Nadir Əhmədov məqsədli şəkildə cəmiyyəti çaşdırmaq istəyib: “Vidadi müəllim dedi ki, keçmiş rabitə naziri Nadir Əhmədov mətbuata verdiyi müsahibəsində məqsədli şəkildə cəmiyyəti çaşdırmaq niyyətindədir. Vidadi Zeynalov bildirib ki, yəqin Nadir Əhmədov dırnaqarası şəffaf işləyib. Yaxından tanımadığı, münasibəti olmadığı şəxs barəsində belə fikir bildirmək düzgün deyil. Niyə məhz Nadir Əhmədov? Çünkü bu da məqsədli şəkildə həyata keçirilir. Belə rəy formalaşdırılır ki, guya bu işlərin başında Vidadi Zeynalov dayanıb. Hər şeyi onun adı ilə bağlayırlar”.

Qeyd edək ki, mətbuatda barəsində həbs qətimkan tədbiri seçilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun iş otağından əsl xəzinə tapılması barədə məlumatlar yayılıb. Xəbərdə bildirilidi ki, axtarışlar zamanı yüksək çinli məmurun qızıl əşyalara böyük marağının olduğu ortaya çıxıb. Belə ki, iş otağından xeyli sayda Çar Rusiyası dövrünün qızıl onluqları, iyirmibeşlikləri, Azərbaycanın müstəqilliyinin 10 illiyi münasibəti ilə buraxılmış qızıl sikkələr, 5 ədəd İsveçrənin ən məşhur firmalarının istehsalı olan qızıl saatlar, ona qədər qızıl, brilliant işləmələrlə xüsusi sifarişlə hazırlanmış qələmlər, üzərində 50, 100 və 1000 dollarlıq əskinaslar təsvir olunmuş son dərəcə bahalı suvinerlər və bir neçə qızıl külçələr tapılıb. Mənbə bildirib ki, həmin əşyalar aktlaşdırılaraq götürülüb.
Məlumatda daha sonra bildirilirdi ki, Vidadi Zeynalov hakimiyyətdə ən varlı şəxslərdən biri olub. Onun şəhərin müxtəlif yerlərində ondan artıq dəbdəbəli villası, ofis və ticarət mərkəzləri, otelləri, restoranları, gözəllik salonları, ölkənin səfalı bölgələrində istirahət mərkəzləri var. Mənbə təkcə onun «varlılar məhəlləsi» adlandırılan Teymur Əliyev küçəsindəki möhtəməş sarayının on milyon dollardan artıq qiymətinin olduğunu qeyd edib. V.Zeynalovun əsas gəliri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sifarişi ilə həyata keçirilən infrastruktur layihələrindən çıxıb. Belə ki, ona məxsus çoxlu sayda firma bir qayda olaraq tenderlərdə dəyəri on milyonlarla ölçülən layihələri qazanıb.

Keçmiş rabitə naziri Nadir Əhmədov isə mətbuata açıqlamasında V.Zeynalovu tənqid edib: “Gərək bunlar baş verməyəydi. Çünki baş verənlər rabitəçilərin adına xələl gətirdi. Rabitə Nazirliyində heç vaxt belə hallar olmayıb. Hesab edirəm ki, bütün baş verənlərin səbəbkarı hörmətli alim, sabiq nazir Əli Abbasovun öz ardınca aparat rəhbəri gətirdiyi Vidadi Zeynalovdur. Bəli, nazirlikdə baş verən bu hallara şərait yaradan Vidadi Zeynalov olub. Vidadi özü rabitəçi deyildi. Mən o vaxt “Baqotel”də işləyəndə o da “Domsovet”də çalışırdı. Oradan da qanun pozuntularına görə qovulmuşdu. Onun yeri Rabitə Nazirliyi deyildi. O, ancaq pozuntu işlərini bacarırdı. Rabitədən başı çıxmırdı. Alim Əli Abbasovun ən böyük səhvi Vidadi Zeynalovdur”.

Göründüyü kimi, Vidadi Zeynalovun vəkili vasitəsilə mesajlarında keçmiş nazir Əli Abbasova qarşı açıq təhdid var. Vəkilin”Bir şeyi də yaddan çıxarmayaq ki, rabitə və yüksək texnologiyalar naziri Vidadi Zeynalov olmayıb” fikrinin açması budur ki, nazirlikdə nə baş veribsə, bunun məsuliyyətini ilk növbədə nazir, yəni Əli Abbasov daşımalıdır. Bütün məsuliyyətin Vidadi Zeynalovun üzərinə qoyulması düzgün deyil və o, bununla razılaşmayacaq.
Vidadi Zeynalovun məhz belə bir mesaj vermək istədiyini vəkilin sonrakı açıqlaması, fikri də sübut edir. Sitat: “…çünkü bu da məqsədli şəkildə həyata keçirilir. Belə rəy formalaşdırılır ki, guya bu işlərin başında Vidadi Zeynalov dayanıb. Hər şeyi onun adı ilə bağlayırlar”.

Yəni əslində bütün bu işlərin başında Vidadi Zeynalov durmayıb. Maraqlıdır, V.Zeynalov bildiklərini açıqlayacaqmı?

V.Nəsibov
AzPolitika.info

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv