Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının sabiq direktoru Dəmirov Fərhad Ağamurad oğlu ”Dövlət Sosial Müdafiə Fondu” Publik Hüquqi Şəxsi məhkəməyə verib.
Yenicag.az Unikal-a istinadən xəbər verir ki, Bakı İnzibati Məhkəməsinin hakimi Aygün Abdullayevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində məlum olub ki, sabiq direktor pensiya təminatından narazıdır.
Xatırladaq ki, Fərhad Dəmirov 2020-ci ilin 17 noyabr tarixində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 311-ci (rüşvət alma) maddəsi ilə həbs edilmiş, bu ilin yanvar ayında isə şərti azadlığa çıxıb.