Həbsdən çıxan Təranə hədələdi: “Sizinlə…” – FOTO

Həbsdən yenicə çıxan prodüser Təranə Səmədova sükutu pozub.

Yenicag.az xəbər verir ki, prodüser anası və qızı ilə birgə çəkdirdiyi fotosunu “İnstagram” səhifəsində paylaşıb.

Təranə həbsdə olarkən onun barəsində sərt fikirlər səsləndirən şou əhlinin ünvanına qalmaqallı sözlər söyləyib:

“Əslində, deyiləcək sözüm bəlkə də lap çoxdur, amma bu müddət mənə daha çox susmağı öyrətdi. Ona görə də qısaca olaraq öz ailəmə, sevdiyimə və müəyyən insanlara bu müddət ərzində məni səbrlə və sevgiylə tək buraxmadıqlarına görə çox təşəkkür edirəm. Bir də bu müddət mənə bir şeyi də anlatdı – dostu düşməndən ayırmağı. Bildim ki, həqiqi dostlarım kimlər imiş, özünü dost kimi qələmə verib, əslində, saxtakarlıq edənlər kimlər imiş. Allah çox böyükdür, heç vaxt heç kimə pis şeylər arzulamamışam, amma elə buradaca həmin saxta “dostlar”a deyirəm ki, boş-boşuna özünüzü yorub, məni axtarmayın. İstər öz səhifəmdə, istərsə də başqa səhifədə haqqımda xoşagəlməz şərhlər yazanlar, sizinlə qanun çərçivəsində görüşəcəm”.

Nehru

COP29