!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbsdən çıxdı, yeznəsini baltaladı - Azərbaycanda dəhşətli cinayət

!Reklam – Yazi

Lənkəran rayonunda qayın yeznəsini balta ilə qətlə yetirib.

Yenicag.az xəbər verir ki, rayonun Vilvan kənd sakini Mahir Əzimov yaşadığı həyətdə yeznəsi, Lənkəran şəhər sakini Sakit Yusubovu ailə münaqişəsi zəminində balta ilə qətlə yetirib. M.Əzimov polisə könüllü təslim olub.

Hadisə S.Yusubovun qayınatasının evində baş verib. O, özü də həyat yoldaşı ilə birlikdə bu evdə yaşayıb.

Kənd sakinlərinin sözlərinə görə, M.Əzimov bir müddət əvvəl həbsdən azad edilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

www.yenicag.az

3846
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv