!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbsxana rəisi intihar edib

!Reklam – Yazi

imagesUkraynanın keçmiş baş naziri, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenkonun saxlanıldığı Kaçanovski həbsxnasının keçmiş rəisi İvan Pervuşkin özünü öldürüb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, 55 yaşlı kişinin meyiti Xarkovda özünün qarajında tapılıb.
Polisə onun arvadı zəng edib. Məlum olub ki, oktyabrın 23-də axşam qadın Berezovski qəsəbəsindəki qarajda ərinin çənə nahiyəsindən yaralanmış halda aşkar edib. Hadisə yerindən özünü öldürənə məxsus tapança tapılıb.

Penitensiar xidmətin keçmiş rəhbəri Sergey Starenkiy bu xəbəri təsdiqləyib. O, əmindir ki, keçmiş həbsxana rəisinin intiharı professional fəaliyyəti ilə yox, məişət xarakterlidir.
Timoşenko özü isə Pervuşkinin ölüm xəbərini ürək ağrısı ilə qarşılayıb. O, keçmiş rəisini xeyirxah insan kimi xatırladığını bildirib.

“Yanukoviç (2014-cü ildə hakimiyyətdən devrilən Viktor Yanukoviç) məni dəmir barmaqlıqlar arxasına atdıranda, İvan Anatoleviç Kaçanovski həbsxanasının rəisi idi. Bilirəm ki, Pervuşkin hakimiyyətin mənə qarşı təzyiq və işgəncə sifarişlərini yerinə yetirməkdən imtina edib. Bu əmrlər daha ciddi xarakter alanda o, özü ərizə yazaraq bu vəzifədən getdi. Mən buna görə ona minnətdaram. İvan Pervuşkinin özünü həyatdan bu cür məhrum etməsinin səbəbini bilmirəm. Ancaq mən onu həmişə nümunəvi adam kimi xatırlayacağam”, – Timoşenko bəyan edib.

Pervuşkin 2012-ci ildə vəzifəsindən istefa verib. Timoşenko isə Yanukoviç ölkədən qaçandan sonra azadlığa buraxılıb.

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv