Həbsxanada ara qarışdı – 9 məhkum öldürüldü, 28-i qaçdı

Braziliyada yerləşən həbsxanada qarşıdurma baş verib.

Yenicag.az xəbər verir ki, qarşıdurma nəticəsində 9 məhkum öldürülüb, 28-i isə həbsxanadan qaçıb.

Hadisə ölkənin şimalında, Tokantins əyalətində yerləşən Barra da Qrota həbsxanasında baş verib.

Hazırda həbsdən qaçan məhkumların axtarışları davam etdirilir.