Həbsxanada qiyam – Ölən və girov götürülənlər var

Peruda yerləşən həbsxanada qiyam baş verib.

Yenicag.az xəbər verir ki, hadisə ölkənin cənubundakı Takna şəhərində qeydə alınıb.

Yayılan məlumata görə, qiyam zamanı həbsxananın dörd əməkdaşı da girov götürülüb.

Münaqişə nəticəsində bir məhkum ölüb, daha bir nəfər isə xəsarət alıb.

Hazırda girovların azad edilməsi üzrə danışıqlar aparılır. Həbsxana ərazisinə təhlükəsizlik qüvvələri yeridilib.

COP29