İstanbulun “Metris” qapalı tipli cəzaçəkmə müəssisəsində yanğın qeydı alınıb.
Yenicag.az-ın məlumatına görə, hadisə nəticəsində 3 məhkum və 1 həbsxana məmuru dumandan zəhərlənib.
Hadisə yerinə çoxlu sayda təcili yardm briqadaları, yanğınsöndürənlər və polislər cəlb edilib.
Ərazi nəzarətə götürülüb, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Yanğının səbəbi bilinmir.
Faktla bağlı araşdırma aparılır.