Həbsxanalar doldu, məhkumlar azad edilir – Hökumət qərar verdi

İngiltərə və Uelsdə təxminən 1750 məhkumun həbsxanalardakı sıxlığı azaltmaq məqsədilə erkən azad ediləcəyi bildirilib.

Yenicag.az xəbər verir ki, İngiltərə hökuməti həbsxanalardakı sıxlığı azaltmaq məqsədilə hazırlanan plan çərçivəsində cinsi cinayətlər, ciddi zorakılıq və terrorizm cinayətləri ilə ailə içi istismar kimi bəzi cinayətlər istisna olmaqla, təxminən 1750 məhkumun erkən azad ediləcəyini açıqlayıb.

Beləliklə, 5 ildən az müddətə həbs olunan cinayətkarlar, cəzalarının yarısı yerinə, yalnız 40 faizinı tamamladıqdan sonra sərbəst buraxılacaq.

İngiltərə və Uelsin Həbsxanalar üzrə baş müfəttişi Çarli Teylor mövzu ilə bağlı “Sky News” kanalına verdiyi açıqlamada cinayətkarların bu şəkildə erkən azad edilməsinin “riskli” olacağı xəbərdarlığını edib. Teylor gələn ay təxminən 2 min nəfərin daha azad ediləcəyini qeyd edərək, “Bu, qaçınılmaz olaraq yerli icmalara bəzi risklər gətirəcək və artıq gərgin olan nəzarət xidmətləri üzərində daha çox təzyiq yaradacaq”, deyib.

İngilis hökumətinin həbsxanalardakı sıxlıq nisbətinin ciddi dərəcəyə çatması səbəbiylə Baltik ölkəsi Estoniyadan həbsxana kiralayıb-kiralaya bilmə ehtimalı gündəmə gəlib.

İngiltərə və Uelsdə 1991-ci ildən təxminən 40 min olan həbsxanadakı məhkum sayı keçən həftə 88 min 521-ə yüksələrək bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb. İngiltərə və Uelsin kişilər üçün olan həbsxanalarında keçən ay yalnız 83 nəfərlik boş yer qalıb.

İsmayıl Bakuvi