Həbsxanaya hamam süngərində narkotik keçirmək istəyən şəxs yaxalandı

Bakıda 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Yenicag.az-a verilən xəbərə görə, 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Anar Axundova Göygöl şəhər sakini Ayaz Əliyev tərəfindən gətirilmiş sovqatda hamam süngərinin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 10,322 qram olan narkotik maddə – heroin və ümumi çəkisi 2,532 qram olan psixotrop maddə – metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.