Həbsxanaya marixuana keçirtmək istəyən şəxs yaxalandı

1 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Yenicag.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.2.1 və 29,120.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Sadiq Telman oğlu Hüseynovla qısamüddətli görüşə gəlmiş qohumu, Şamaxı rayon sakini Rəfael Mahir oğlu Mirzəyevin əşyalarına və üzərinə baxış keçirilib.

Bu zaman cibində gizlətdiyi kağız bükülünün içərisində ümumi çəkisi 0,363 qram olan narkotik vasitə – marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.