!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Heç beləsi olmamışdı: İtən şəxs xilasedicilərlə birlikdə özünü axtardı – KURYOZ OLAY

!Reklam – Yazi

Türkiyənin Bursa şəhərində baş verən olay hər kəsi təəccübləndirib.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Bursanın İnegöl rayonunda dostları ilə yeyib-içən 50 yaşlı Bəyxan Mutlu bir müddət sonra onların yanından ayrılıb.

Meşənin dərinliklərinə gedən Mutludan xəbər ala bilməyən dostları jandarma xəbər veriblər. Başladılan axtarış-xilasetmə işləri davam edərkən Mutlu itmiş kiminsə axtarıldığını eşidərək xilasetmə işlərinə qoşulub. Bir müddət jandarmla bir yerdə özünü axtardıqdan sonra şəxsin adı çağırılaraq axtarışı aparılıb.

“Bəyxan” deyə öz adının çəkildiyini görən Mutlu jandarmdan kimin axtarıldığını soruşub. “Bəyxan Mutlu axtarılır” cavabını eşidən Mutlu həmin şəxsin özü olduğunu bildirib. Bu, axtarış komandasında hər kəsi təəccübləndirib. Çaşqınlıq yaşayan jandarm daha sonra axtarışı yekunlaşdırıb.

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv