Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Heç bir amil Azərbaycan-Türkiyə müttəfiqliyinin dərinləşməsinə mane ola bilməz” – Hərbi ekspert

Reklam: High Technic

“Qarabağ danışıqlarında vasitəçilik missiyasını üzərinə götürmüş Rusiya Ermənistanı öz mövqeyindən geri çəkilməyə məcbur edə bilərdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan-Rusiya münasibətlərinin mövcud durumu və nazirlərin qarşılıqlı səfərlərinin məqsədini şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, Azərbaycanın uzun müddət yürütdüyü balanslı xarici siyasət zamanında özünü doğrultsa da, yaranmış vəziyyət bu siyasətə yenidən baxılmasını diqtə edir:

“İşğalçı Ermənistanın təcavüzkar siyasətinə son qoyaraq, işğal etdiyi Azərbaycan ərazilərini boşaltmaq niyyətində olmaması artıq onu göstərir ki, rəsmi Bakı özünün xarici siyasətində uzun müddət istinad etdiyi balanslı siyasəti dəyişəcək.

Hər kəsə məlumdur ki, Qarabağ danışıqlarında vasitəçilik missiyasını üzərinə götürmüş Rusiya Ermənistanı öz mövqeyindən geri çəkilməyə məcbur edə bilərdi. Ancaq Rusiya bunu etmək əvəzinə Ermənistanı silahlandırmaqda davam edir.

Moskvanın bu siyasətini dəyişməməsi Azərbaycanın səbrini daşırdı və Bakı qardaş Türkiyə ilə münasibətləri daha da dərinləşdirmək istiqamətində çox ciddi addımlar atdı. Çox əlamətdar haldır ki, həm Azərbaycan, həm də Türkiyə rəhbərliyi münasibətlərin inkişaf etdirilməsi məsələsində tərəddüdsüz və birmənalı mövqe tutur.

Bu gedişat əlbəttə ki, Rusiyanı narahat etməyə bilməzdi və Moskva Azərbaycanı itirməmək üçün yeni cəhdlərə baş vurmaqdadır. Bildiyiniz kimi, yeni xarici işlər nazirimiz Moskvaya dəvət olundu. İndisə müdafiə naziri Zakir Həsənov Rusiyada səfərdədir.

Çox maraqlıdır ki, Rusiya mediası bu gün Ermənistana yeni silahların verdiyi haqda materiallar dərc edib. Rusiya Ermənistana havayı silah verdiyi halda, Azərbaycana baha qiymətə silah satır. Əgər bu silahlar alınırsa və ən böyük problemimiz olan ərazi bütövlüyümüzü təmin etməyə Rusiya mane olmaqdan əl çəkmirsə, ondan niyə silah almalıyıq?”

Ekspertin fikrincə, bu səfərlərin əsas məqsədi gərginləşən münasibətləri yumuşaltmaqdır:

“Bunu haradasa, başa düşmək olar. Lakin Rusiya ilə münasibətlərin yumşaldılması heç bir halda Azərbaycan-Türkiyə müttəfiqliyinin dərinləşdirilməsinə təsir etməməlidir və edə bilməz”.

Səxavət Məmməd

www.yenicag.az

6332
reyting.az
www.onlinepress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100