Reklam

Reklam

87843“Bütün sahələrdə olduğu kimi, Avropa Oyunlarının telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatına tam hazırıq”.

Yenicag.az lent.az-a istinadən xəbər verir ki, bu sözləri Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, oyun və təşkilati məkanların dayanıqlı və yüksəksürətli internet, mobil rabitə xidmətləri ilə təmin edilməsi üçün müvafiq tədbirlər görülüb: “Nazirliyin vəzifələri sırasına oyunların təşkili ilə bağlı tələb olunan radiotezliklərin ayrılması və müdafiəsinin təmin edilməsi də daxildir. Bütün bu işləri biz artıq hazır vəziyyətə gətirmişik və bir neçə dəfə sınaq prosesləri də həyata keçirilib. Eyni zamanda Qafqazın ilk və yeganə peyk operatoru olan “Azərkosmos” “Bakı 2015”-in rəsmi peyk yayım təchizatçısı elan edilib və “Azerspace-1″ bu Oyunların dünyada yayımını təşkil edəcək 4 peykdən biridir. Hesab edirik ki, I Avropa Oyunlarının gedişatında telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatla bağlı heç bir problem olmayacaq”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 24
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."