Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Heç bir qadağanın olmadığı evdə böyüdüm" - Fotolar

ABŞ prezidenti Donald Trampın qızı Ivanka, Ağ Evin məsləhətçisi kimi ilk rəsmi səfərini Almaniyanın paytaxtı Berlinə edib.

Yeniçağ.Az xəbər verir ki, İvanka Trump 24-26 aprel tarixində Berlində keçirilən Qadınlar zirvəsinə (Women20 Summit 2017) qatılıb. Zirvə görüşündə Almaniyanın kansleri Angela Merkel, İMF prezidenti Xristian Laqarde və Hollandiyanın kraliçası Maksima da iştirak edib.

Qadınların sosial aktivliyinin yüksəldilməsinə həsr edilmiş görüşdə İvankanın atası haqqında söylədikləri etirazla qarşılanıb. O bildirib ki, Donald Tramp hər mövzuda ona böyük dəstək verib. “İradəli olduğum müddət heç bir qadağanın olmadığı bir evdə böyüdüm” deyən İvanka, atasının qadınlara qarşı münasibətindən də danışıb. Bu isə digər qadınlar tərəfindən heç də xoş qarşılanmayıb.

Yeniçağ.Az

www.yenicag.az

346