!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Heç bir sektorda minimum əməkhaqqı məbləğindən az maaş verilə bilməz" - Deputat

!Reklam – Yazi

“Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir”.

Yenicag.az xəbər verir ki, bu sözləri müəllim və həkimlərin maaşları ilə bağlı vəziyyəti şərh edən deputat Vüqar Bayramov deyib.

O bildirib ki, gələn ay həkim və müəllimlərin maaşında artım olacağı gözləniləndir:

“Vahid Tarif Cədvəli üzrə artımlar həyata keçirildikdən sonra ünvanlanan suallar daha çox müəllim və həkimlərin maaşları ilə bağlıdır. Qeyd etmək istərdim ki, Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqlarında artımlar artıq reallaşdı. Səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir. Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əmək haqları son artımlara aid olundu.

Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əməkhaqqı sxemi var. Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlar üzrə çalışan və əmək haqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırıldı. Çünki heç bir sektorda minimum əməkhaqqı məbləğindən az maaş verilə bilməz. Gözlənti isə ondan ibarətdir ki, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələrarası fərq nəzərə alınmaqla əmək haqları müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkündür. Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir”.

Gülşən Şərif

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv