O, futbol oynamayan ən məşhur futbolçulardandır.
Yenicag.az xəbər verir ki, söhbət braziliyalı Kayzerdən gedir.
Əsl adı Karlos Henrike Raposo olan və “BekhenKayzer” ləqəbi ilə tanınan “sambaçı”nın həyat hekayəsi rejissor Louis Mylesin sayəsində filmə çevrilib.
Maraqlıdır ki, 26 illik futbolçu karyerası olan Kayzer indiyədək heç bir matçda iştirak etməyib.
Hazırda 55 yaşı olan braziliyalı 1980 və 1990-cı illərdə ölkəsinin “Flamenqo”, “Fluminense”, “Botofaqo” və “Vasko da Qama” kimi klubları ilə müqavilə imzalayıb.
Kayzer oynamamağının səbəbini belə izah edir: “Mən digər futbolçular kimi olmaq istədim. Sadəcə, oynamaq istəmirdim. Əgər mənim futbolçu olmağımı istəyirdilərsə, bu, onların problemidir. Hətta İsa Məsihdən belə hər kəs məmnun qalmadı. Məndən necə razı qalsınlar ki?!
Qeyd edək ki, internetdə aparılan araşdırmalar zamanı Kayzerin hücumçu olduğu üzə çıxır. Lakin heç kim onu meydanda iş başında görməyib.
Emin Səfərov