!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Heç kim bizdən səssiz qalmağımızı gözləməsin”-Ərdoğandan sərt açıqlama

!Reklam – Yazi

erdogan-hic-kimse-bizden-sessiz-kalmamizi-beklemesin-6323211Yenicag.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İSEDAK) toplantısında çıxış edib. O, çıxışı zamanı Rusiya təyyarəsinin vurulması ilə bağlı açıqlamasında “Heç kim bizdən sərhədlərimizin pozulmasına səssiz qalacağımızı gözləməsin” deyib.

O, həmçinin vurğulayıb ki, “Səhər saatlarında Hatay bölgəsi ətrafında iki təyyarə sərhədləri pozub. Beş dəqiqə ərzində onlara on dəfə xəbərdarlıq edilib. Təyyarələrdən biri geri dönsə də, digəri xəbərdarlığa məhəl qoymayıb. Vurulan döyüş təyyarəsinin Rusiyaya aid olduğu sonradan məlum olub. BMT və NATO-ya lazımi məlumatlar verilib. Belə hadisələrin yaşanmaması üçün qonşu ölkəyə dəfələrlə həssaslığımızı bildirmişik. Biz hər zaman sülh tərəfdarı olmuşuq. Biz sadəcə öz təhlükəsizliyimizi və qardaşlarımızın hüququnu müdafiə edirik.

Bir həfdədir ki, Lazkiyenin şimalında, Bayırbucaq Türkmənlərinin olduğu bölgədən sərhədlərimizə doğru köç başlayıb. Bombalardan qaçan soydaşlarımızı Hatay və o bölgədəki düşərgələrə yerləşdiririk.

Suriya xalqının hüzuru və təhlükəsizliyi üçün üzərimizə düşən vəzifələri icra etməyə davam edəcəyik”.

www.yenicag.az

410
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv