!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Heç kim bizi parçalamaq və ayırmaq gücündə olmayacaq" - Ersin Tatar

!Reklam – Yazi

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Elazığdakı Fırat Universitetində “Keçmişdən bu günə Kiprli Türklərin Mübarizəsi” mövzusundakı konfransda çıxış edib. Kipr tarixi barədə danışan Tatar Kiprli Türklərin heç kimə tabe olmadığını və heç kimin hakimiyyəti altına girmədiklərini vurğulayıb.

Yenicag.az xəbər verir ki, Ersin Tatar Türkiyədə səfərdədir və bir sıra görüşlər keçirmək üçün Elazığa gəlib.

Prezident Ersin Tatar konfransda 1571-ci ildə Kiprin fəthindən başlayaraq bu günə qədər olan müddətdə baş verənlərdən bəhs edib. Ersin Tatar çıxışında danışıqlar proseslərinə də toxunub.

Kiprin yunan tərəfinin açıq danışıqlar yolu ilə Kipr Türk tərəfini və dünyanı aldatmağa və 53 il daha danışıqlar masasında əsir götürülməsinə dözə bilməyəcəklərini vurğulayan Tatar, adada federal əsaslı bir anlaşmanın mümkün olmayacağını, Türkiyənin də dəstəklədiyi iki suveren bərabər dövlətin mövcudluğuna əsaslanan bir həll təklifi ortaya qoyduqlarını bildirib:

“Kiprə və bölgəyə fayda gətirəcək bir həll təklifimizi ortaya qoyarkən, bunun regional sülhə böyük töhfə verəcəyini, silah və savaşa əl atmadan dialoq yolunun açıq saxlanılması lazım olduğunu da bildik. Ancaq yenə də həmişə olduğu kimi , Kipr yunan tərəfinin mənfi rəftarı və dəyişməz zehniyyəti ilə qarşılaşdıq.
Ancaq buna baxmayaraq, Kipr yunan tərəfi ilə dialoq yolunu açıq tutduq və onlara xoş niyyətli xəbərdarlıqlar etdik. Digər tərəfdən Kipr yunan tərəfi təxribatçı mövqeyini qoruyaraq ritorikadan və gərginlik yaradan hərəkətlərdən yayınmadı. Ədalətsiz və birtərəfli qaydada AB üzvü halına gətirilən Kipr yunan tərəfi, bu üzvlüyü istifadə edərək, təhdid və şantaj siyasətini tətbiq edərkən, AB-nin seyrçi olaraq qalması da diqqət çəkir”.

Prezident olaraq əsas vəzifəsinin dövləti, suverenliyini, xalqın hüquqlarını və mənafelərini qorumaq, xalqı kiprliyunanların azlığı etməmək və Ana Vətən Türkiyə ilə sarsılmaz əlaqələri daha da gücləndirmək olduğunu vurğulayan Tatar, “Ana Vətən Türkiyə və Kipr Türk xalqı ət və dırnaq kimidir. Ersin Tatar çıxışını, “Heç kim onları parçalamaq və ayırmaq gücündə olmayacaq”, sözləri ilə başa vurub.

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv