“Heç kimin Ermənistanla belə danışmağa haqqı yoxdur, amma Paşinyanla olar” – Erməni deputat

“Heç kimin Ermənistanla belə danışmağa haqqı yoxdur, amma Paşinyan Ermənistan deyil”.

Yenicag.az xəbər verir ki, bunu dekabrın 26-da jurnalistlərlə görüşündə müxalifətdən olan deputat, Ermənistan Respublika Partiyasının nümayəndəsi Ayk Mamicanyan deyib.

O bildirib ki, heç kimin Ermənistanla belə danışa bilməz, Paşinyan Ermənistan deyil və Paşinyanla istədiyin kimi danışa bilərsən.

“Dünən Ermənistana verilən bəzi bəyanatlara bir daha nəzər salmağı məsləhət görürəm. Ölkəmizlə heç vaxt bu cür danışılmayıb. Kameralar sönəndə nə baş verdiyini təsəvvür edə bilirəm.

Elə platforma yoxdur ki, orada Paşinyan uğursuz olmasın. Əminəm ki, Paşinyanın komandasının əksəriyyəti dünən bir-biri ilə Paşinyanın onlara necə “yenidən atdığı” barədə yazışırdı. Bu, bir dərs olsun ki, Paşinyan kreslosundan başqa heç nəyə dəyər vermir.

Paşinyanın xarici siyasəti yoxdur. O, Moskvadan şikayət etmək üçün Brüsselə gedir, sonra Brüsseldən şikayət etmək üçün Vaşinqtona gedir, daha sonra Brüssel və Vaşinqtondan şikayət etmək üçün Moskvaya gedir”, – Mamicanyan qeyd edib.

Xuraman Etibarlı

COP29