Heç nə demədən evdən getdi – 33 yaşlı kişi itkin düşdü – FOTO

Qubanın Amsar Palasa kəndinin sakini Yusifov Murad İsrafil oğlu itkin düşüb.

Bu barədə Yenicag.az-a Yusifovun yaxınları məlumat verib.

Onların sözlərinə görə, Murad dekabrın 16-ı səhər saatlarında heç nə demədən evdən çıxıb və bir daha geri qayıtmayıb.

Evdən çıxanda onun əynində boz şalvar, qara uzun palto, başında qara papaq olub.

1985-ci il təvəllüdlü Muradı görənlərdən 070-507-54-84 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Emin