!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Heç vaxt pula görə...” - Aydan məşhur serialdan niyə getdi? - SƏBƏB

!Reklam – Yazi

“Bitməsi gərək idi, bitdi. Artıq yorulmuşdum, obrazımdan zövq ala bilmirdim…”

Bunu “Ata ocağı” serialından yarımçıq ayrılmağa qərar verən Fidan obrazını canlandıran aktrisa Aydan Ağayeva Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa serialdan getməsinin səbəblərini açıqlayıb:

“Mən üç il o serialda çəkildim. Əslində, altıncı mövsümdə də davam edəcəkdim. Ssenari dərhal dəyişdi, son üç bölümdə mənim obrazım yox oldu, görünmədi. Bunu tamaşaçılar da gördülər. Hətta sosial şəbəkə hesabında narahatlıqlarını bildirdilər, başıma nə iş gəldiyini israrla soruşmağa başladılar. Bəzi məqamlar oldu və mən artıq çəkilişə davam edə bilməyəcəyimi bildim, getməyə qərara verdim. Çünki o şəraitdə çəkilə bilməzdim. Çox israr etdilər ki, son üç bölümdə çəkilim. Yeni mövsümdə çəkilişi dayandıraram, amma mən qərarımdan dönmədim. Yanlış anlaşılmasın, nə rejissorla, nə də aktyorlarla bağlı bir problem deyil. Sadəcə müəyyən nüanslar yaşandı. Demək ki, ciddi bir səbəb oldu, əks halda, nə tamaşaçılarıma, nə də işimə qarşı belə hörmətsizlik edərdim. Tanıyanlar bilir ki, başladığım işi heç vaxt yarımçıq qoymamışam.

Aktrisa olaraq peşəkarlaşmağım, tanınmağımda bu serialın böyük rolu oldu. Eyni zamanda, bu serialda məşhur, həm də peşəkar aktyorlarla çəkildim, onlardan çox şeylər öyrəndim. Üç ildə o obraz üçün yaşanan nə şeylər varsa, hamısı yaşandı. Obraz elədir ki, uzandıqca maraqsızlaşır. Mən belə hesab edirəm. Açığını deyim ki, sonlara doğru sevərək oynamırdım. Məncə, obrazımın bitməsi lazım idi. Mən elə insanam ki, obrazımdan ruh almalıyam, yalnız pul, çəkiliş xatirinə çəkilməyin tərəfdarı olmamışam. Bu məndə hər işdə belədir. Bir işdən zövq almasam, o işi görə bilmirəm. Hər gecə evə gələndə anama da deyirdim ki, artıq bu roldan yorulmuşam. Sadəcə olaraq oynayıram. Orada olan bütün yaradıcı heyət mənim üçün əzizdir”.

Cəvahir

www.yenicag.az

1505
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv