“Heç yerdə görməmişəm ki, məşqçi futbolçunun puluna qarışsın” – Orxan Sadıqlı

“Keşlə” futbol klubu qapıçısı Orxan Sadıqlı ilə olan müqaviləyə qarşılıqlı şəkildə xitam verib.

Yenicag.az-a açıqlama verən qolkiper paytaxt klubundan ayrılmasından danışıb.

O, müqavilə şərtlərinə əməl edilmədiyini bildirib:

“Mən indiyədək heç yerdə görməmişəm ki, məşqçi futbolçunun puluna qarışsın. Baş məşqçi qabağıma şərt qoydu ki, əvəzedici komandaya gedəcəksən, 500 manat alacaqsan. Yenə də Allah köməkləri olsun. Zaur Axundova çox sağ ol deyirəm. Az maaş almırdım. Məni əsas komandada istəmirdilər. Mən də qərarlarına hörmət edirəm. Futbolda belə şeylər olur. Amma müqavilə şərtləri klub rəhbərliyi səviyyəsində həll olunmalıdır. Gərək heç kimə inanmayıb, işini peşəkar səviyyədə görəsən. Müqaviləmin başa çatmasına 5 ay qalmışdı. Dedim ki, klub tapmasam, gəlib maaşımı alacam. Mənə bildirdilər ki, gəlsən, 500 manat verəcəyik. 500 manat az pul deyil. Bu gün o pulu tapmayan ailələr də var. Amma mənim əziyyətimin qarşılığında çox azdır axı. Təkliflərə gəlincə, Makedoniyadan da, Azərbaycanda da təkliflər var. 1-2 günə xəbər çıxacaq”.

Emin Səfərov