Həcc ziyarəti zamanı faciə: 717 ölü- FOTOLAR, VİDEO +18 – Yenilənir

13940702000181_PhotoLMina dağında 100 nəfərin öldüyü, 390 nəfərin yaralandığı bildirilir

Həcc ziyarəti zamanı faciə baş verib.

Mina dağında yaranan qarışıqlıq nəticəsində 100 nəfər ölüb, 390 nəfər yaralanıb. Hələlik hadisənin səbəbləri bəlli deyil(APA).

 

 

***

14:44

Zəvvarlar arasında tələfat şeytana daş atılmasından sonra olub.

Səudiyyə Ərəbistanda baş verən faciədən sonra twitter vasitəsilə açıqlama yayan mülki təhlükəsizlik orqanları 400 nəfərin də yaralandığını bildirib.
Qeyd edək ki, bu ilki həcc mərasimi çoxlu sayda insan tələfatı ilə yadda qalır. Baş verən insan tələfatlarına diqqət etdikdə isə bunun adi faciə deyil, planlaşdırılmış bir əməliyyat olduğu görüntüsü üzə çıxır.  Həcc səfərinin ilk günlərində baş verən kran faciəsində də 107 nəfər ölmüş, 200-dən çox insan yaralanmışdı.

Ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmamasını dəqiqləşdirməyə çalışırıq(faktxəbər)

***

Olay yerinə çoxlu sayda ambulans və xilasetmə qrupları göndərilib

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaranan qarışıqlıq nəticəsində ölənlərin sayı artır.

Səudiyyə Ərəbistanı mülki müdafiə qurumu ölənlərin sayının 310-a yüksəldiyini açıqlayıb. Yaralıların sayının 450 nəfər olduğu bildirilir.

Faciənin zəvvarların Minada şeytan daşladığı zonaya gedən iki ana yoldan birində baş verdiyi xəbər verilir. Bəzi iddialara görə, yollardan yalnız biri açıq olub.

Olay yerinə çoxlu sayda ambulans və xilasetmə qrupları göndərilib(APA)

***

Xəbər verdiyimiz kimi bir neçə saat əvvəl Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı növbəti faciə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Mina dağında yaranan qarışıqlıq nəticəsində azı 310 nəfər ölüb, yüzlərlə yaralı var.

Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Trend-ə bildirib ki, azərbaycanlı zəvvarlarla telefon danışığı olub.

M.Payızovun sözlərinə görə, ölən və yaralılar arasında azərbaycanlılar yoxdur. Mina dağındakı hadisə azərbaycanlı zəvvarlar oradan ötüb keçdikdən sonra baş verib.

***

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində ölənlərin sayı 453 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanı mülki müdafiə qurumundan bildirilib. Hadisə nəticəsində 719 zəvvarın xəsarət aldığı deyilir.

Hadisənin şeytan daşlanması zamanı eskalatorda baş verdiyi müəyyənləşib. Bu əməl Mina dağında 3-cü mərtəbədə yerinə yetirilir. Daşlama əməlini yerinə yetirən zəvvarlar aşağı enərək, Məkkəyə gedən yola çıxmağa cəhd edərkən qarışıqlıq yaranıb və faciə baş verib.

***

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində ölənlərin sayı 717 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanı mülki müdafiə qurumundan bildirilib. Hadisə nəticəsində 805 zəvvarın xəsarət aldığı deyilir.