Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Həcc ziyarətinə gedən 17 türk zəvvar öldü

Səudiyyə Ərəbistanı Krallığına həcc ziyarətinə gedən 17 Türkiyə vətəndaşı dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, həcc ziyarətinə Türkiyədən ilk zəvvar qrupu iyulun 5-də yola düşüb.

Dəyanət İşləri İdarəsinin Həcc və Ümrə Xidmətləri üzrə rəhbər Rəmzi Bircan jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyədən ilk karvanın müqəddəs torpaqlara gəldiyi 5 iyuldan bu günədək 17 türk zəvvar həyatını itirib.

O, Türkiyə vətəndaşlarının infarkt, yol qəzası, təbii iqlim şəraiti, sətəlcəm və yaşla əlaqədar xəstəliklərdən öldüyünü söyləyib.

www.yenicag.az

1418