Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Həcc ziyarətinə getmə qaydalarına dəyişiklik edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi koronavirusa qarşı həyata keçirilən tədbirlər çərçivəsində bu il Həcc ziyarətinin yeni qaydalarını açıqlayıb.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, yeni qərara görə, Həccə gedən qadınlar ziyarətlərini yanlarında kişi qəyyumu olmadan edə biləcəklər.

Nazirlik Həcc ziyarətinə gələnlərin internetdə qeydiyyatdan keçməsi üçün iki tarix seçib.

İlk qeydiyyat müddəti iyunun 13-dən 23-dək davam edəcək. İkinci qeydiyyat mərhələsi isə iyunun 25-də başlayacaq.

Namizədlərin son beş ildə Həcc ziyarətinə getməməli olduqlarını vurğulayan qurum bildirib ki, ilk dəfə gələnlərə üstünlük veriləcək.

www.yenicag.az

161
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100