Həccdə 28 türkiyəli zəvvar öldü

Bu ilki Həcc ziyarəti mövsümündə 28 türkiyəli zəvvar müqəddəs torpaqlarda vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Diyanət İşləri başqanı Ali Erbaş Türkiyə KİV-lərinə məlumat verib.

Xatırladaq ki, bu il Həccə yollanana azərbaycanlı zəvvarlardan bir nəfər dünyasını dəyişib.