Həcc ziyarətində daha bir azərbaycanlı dünyasını dəyişib.
Qaqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Məkkədə ölən şəxs Yardımlı rayon sakini Əzizağa Şirinovdur. QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, Ə.Şirinovun səhhəti 3 gün əvvəl pisləşib. Günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilən həmyerlimizin həyatını xilas etmək mümkün olmayıb.
O bu gün səhər saatlarında keçinib.
Qeyd edək ki, bu il Həcc ziyarətində daha iki zəvvarımız vəfat etmişdi(aznews).