Həccdəki faciəyə iranlı zəvvarlar səbəb olub? – İran-Ərəb savaşının növbəti raundu

 

k1-copy-2Zəvvarların Həcc mərasimi zamanı həlak olması üzərindən İran-Səudiyyə soyuq savaşı bitmir. Belə ki, hadisə baş verdiyi gün Livan Hizbullahına yaxın internet resursuna istinadən faciənin Səudiyyə Ərəbistanı kralının oğlunun kortejinin səbəb olduğu xəbəri tirajlandı.

Ardınca İran Həcc mərasiminin icrasının bu ölkədən alınmasını gündəmə gətirdi. Belə ki, prezident Ərdoğan məsələyə nöqtə qoyanadək Türkiyədə də bu məsələdə İranla həmfikir olanlar var idi. Digər ölkələr faciə ilə bağlı başsağlığı versələr də, İran məsələni siyasi krizisə çevirməkdə maraqlı olduğunu göstərdi. Ən son İranın dini rəhbəri, ayətullah Xamaneyinin Minadakı faciə ilə bağlı “İslam dünyasını Səudiyyyə Ərəbistanına qarşı addımlar atmağa” dəvət etdi. Bu ilki Qurban bayramının yasa çevrildiyini bildirən ali dini rəhbər Səud ailəsini İslam dünyasından üzr istəməyə dəvət etdi.

İranın bu barədə təbliğatında iki məsələ nəzərə çarpır:

  1. Həcc mərasiminin Səudiyyə Ərəbistanının əlindən alınması.
  2. Şahzadə Məhəmməd ibn Salmanın faciəyə səbəb olması faktoru.

Birinci məsələnin üzərinə getməkdə məqsəd heç də Həcc mərasimi ilə bağlı təşkilatçılığı ələ keçirmək deyil. İran yaxşı bilir ki, İslam ölkələrinin əksəriyyəti Səudiyyə Ərəbistanına bu və ya digər şəkildə bağlıdırlar. Bu səbəbdən də, həmin ölkələrin, xüsusilə də, Ərəb liqasının bu məsələdə İranın istədiyi addımı atması imkansızdır. Yəni, burada məqsəd psixoloji savaşda üstünlük əldə etməkdir.

Kralın oğluna gəlincə, 35 yaşlı şahzadə Yəməndə Husilərə qarşı əməliyyatlara başçılıq edir. Yəni, ortada müsəlman təəssübkeşliyindən daha çox intiqam faktoru var.

Maraqlıdır ki, faciənin olduğu ilk günlərdə susan Səudiyyə Ərəbistanı bayramın son günlərində İrana cavab verməyə başlayıb. Ərəb mətbuatında sərt tənqid olunan İrana bundan öncə baş verən bəzi faciələr xatırladılıb.

12048634_10206624938534903_1109520384_nƏrəb mətbuatı yazır:

Ərəb mətbuatı hadisə baş verən zamanın videolarını yayınlayaraq, Həccdə baş verən tıxac və sonrasındakı faciədə iranlı zəvvarların günahının olduğunu qeyd edib. Belə ki, iranlı zəvvarların zəvvar axınına mane olaraq, istədikləri kimi hərəkət etdikləri və tıxaca səbəb olduqları videoda öz əksini tapır.

12033364_10206624938334898_1031693374_nBundan başqa ərəb mətbuatı iranlı zəvvarları hadisə baş verən kimi Məkkə küçələrində yürüş keçirərək, tıxaclara səbəb olmaqda və təcili yardım maşınlarının hadisə yerinə çatmasına mane olmaqda ittiham ediblər.

Göründüyü kimi, İslam dünyasında nüfuz müharibəsi gün keçdikcə, şiddətlənir. Hər iki tərəf saxta dəlillər, dezinformasiyalarla qarşı tərəfi gözdən salmağa çalışır. Təəssüf ki, dünyadakı prosseslərə “fransız” qalan Azərbaycan mediası da bu dezinformasiyaları ən çox tirajlayanlar arasındadır.

Yenicag.az

https://www.youtube.com/watch?v=m3hQde7Rpao

https://www.youtube.com/watch?v=A0gRA_dql2s