!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Həccə gedib-gəldin, oğlun, ərin öldü" - Əri Mirəliyev hansı müğənniyə söz atdı?

!Reklam – Yazi

“Pandemiya Allahın yer üzünə və yolunu azmış insanlara göndərdiyi bəladır”.

Bunu Yenicag.az-a açıqlamasında müğənni Əli Mirəliyev haqq yolundan dönən həmkarlarından danışarkən deyib.

Sənətçi Həcc ziyarətində olan bəzi müğənnilərin də ünvanına sərt fikirlər səsləndirib:

“Bir dəfə də olsun maska taxmamışam, hər yerə maskasız gedirəm. Həyatda düz yaşamışam, seyidəm, taxmıram maska. Mən camaatın maskasını cıran adamam, niyə maska taxım ki… 72 yaşım var, istənilən yerə də maskasız gedirəm, heç koronavirusa da yoluxmuram. Heç qorxmuram da. Nə qədər sənətçi koronavirusdan dünyasını dəyişdi. Sənətçilər arasında arvad-uşağından imtina edənlər var, bunu Allah götürməz axı. 5-10 manat pulları var, elə bilirlər, Həccə getməklə Allahı aldadacaqlar. Xeyr, elə deyil. Həccə gedib gəldin, oğlun öldü, ərin öldü. Həccə gedən insan anadan həci doğulmalıdır. Onun ürəyində Allah sevgisi, Allah qorxusu olmalıdır. Sən get araq, nəşə sat, sonradan da Həccə get, həci ol, xeyr, olmur. O yol sənə qənim olacaq, oldu da. Sən Allahı heç vaxt aldada bilməzsən.

Cəvahir

www.yenicag.az

1032
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv