Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Hədəf STEM Liseyində EFMF 2019 – elm, faydalılıq, mühəndislik Festivalı - FOTOLAR

Hədəf STEM Liseyində 15 iyun Qurtuluş gününə həsr olunmuş EFMF 2019 – Elm, Faydalılıq, Mühəndislik Festivalı keçirilib.

Yenicag.az xəbər verir ki, festivalın şüarı “Xəyallarını əllərin göstərsin” idi.

Festival Hədəf STEM liseyi müəllimlərinin lisey balabilgələrilə bir il ərzində hazırladıqları layihələr əsasında hazırlanmışdır. Tədris ili boyunca AZTV ilə Hədəf Liseyin birgə layihəsi olan “Uğur düsturu” verilişində bəzi layihələr nümayiş edilib, elmi izahları və həlləri verilsə də, son yekun hesabatda liseyin əksər şagirdlərinin də işləri sərgilənib.

Milli Qurtuluş Gününə həsr olunmuş EFMF 2019-u giriş sözü ilə liseyin qurucu direktoru, Hedef Konseptinin müəllifi filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin “Təhsil Millətin gələcəyidir” şüarı ilə yola çıxan hədəfçilər olaraq düşünürük ki, müstəqil dövlətimizin gəncləri Cənab prezidentimiz İlham Əliyevin də “İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik…” fikirləri ilə böyütməli, onları Azərbaycanımızın gələcəyinə hazırlamalıyıq. Bunu üçün də biz profil olaraq mühəndislik və texnologiyanı seçdik və budur, şagirdlərimiz ilk bacarıqlarını sizlər üçün nümayiş etdirirlər.

Bu gün yüzdən çox fərdi şəkildə hazırlanmış faydalı mühəndislik avadanlıqları ilə yanaşı, 9-10 cu sinif şagirdlərimiz STEM Mərkəzimizin rəhbərli Eşqin Quluzadənin dəstəyi ilə komanda şəklində saatda 40 km sürətlə 80 kq yükü daşıya bilən elektrik maşın hazırladılar. Bu gün həmin maşını sizlərə təqdim edirik”. Sonra Liseyin direktoru milli geyimli balabilgələrin hazırladıqları nanəli şərbəti qonaqlara təqdim etdi və mavi rəngli ipəyi açaraq Hədəf maşınını qonaqlara nümayiş etdirib.

Festivalda iştirak edən Gömrük Akademiyasının rektoru Qulu Novruzov, DGTYB Məsləhət Qrumunun başqanı Əkbər Qoşalı, Türküstan qəzetinin baş redaktoru Aqil Camal, Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan Dövlət Pedaqoji Universiteti Elm və innovasiyalar şöbəsinin müdiri Yusf Əliyev, Respublikanın Əməkdar müəllimi, Təhsil İnstitutunun Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Almaz Həsrət, Behrud İnşaatın rəhbəri İlham Alməmmədov, BP-nin şöbə müdiri Zaur Cəbrayıl, Yeni Azərbaycan qəzetinin redaktoru, əməkdar jurnalist Nadir İsmayılov, Nəsimi rayon 36 nömrəli məktəbin direktoru Emilya Səfərova yüksək nəticə toplayan şagirdlərə sertifaktlarını təqdim edib, festivalla tanış olub, şagirdlərin təqdimatlarını dinləyiblər.

EFMF 2019 layihəsinin rəhbəri Cahid İsmayılov qonaqları sərgi ilə tanış etdi və qeyd edib ki, gələn ildən bu festivalı respublika səviyyəsində keçirməyi planlaşdırırıq.

Festival 11:00 dan 15:00-a qədər davam edib, hazırlanmış proyektlər gələn qonaqlara nümayiş etdirilib.

www.yenicag.az

417