Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hədəf STEM Liseyində möhtəşəm bayraq fləşmobu - VİDEO

Hədəs STEM Liseyində 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Liseyin binası, sinif otaqları şagirdlərin əl işlərindən ibarət bayraqlarla bəzədilib.

Bu gün şagirdlər üzərində Azərbaycan Dövlətçiliyinin atributları olan müxtəlif formalı geyimlərdən istifadə ediblər.

Bununla yanaşı, dərs günlərində tənəffüs zəngi milli vətənpərvərlik mahnıları ilə əvəzlənib.

Bayraq Günü münasibətilə şagirdlərin əsərlərindən ibarət rəsm sərgisi keçirilib. Burada şagirdlər bayrağın rənglərini öz rəng dünyalarına qataraq maraqlı əl işləri yaradıblar.

Daha sonra Bayraq Gününə həsr edilmiş tədbir başlayıb. Tədbirdə uşaqlar müxtəlif şeirlər səsləndirib, kiçik səhnəciklər ifa ediblər. Tədbirin ən maraqlı hissələrindən biri isə şagirdlərin tarixi obrazlara bürünərək, öz bayraqlarını təqdim etməsi olub.

Tədbirdən sonra Balabilgələrə sertifikat vermə mərasimi baş tutub. Hədəf STEM Liseyinin direktoru Şəmil Sadiq fərqlənən bilgələri sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırıb.

Daha sonra şagirdlər Bayraq Günü ilə bağlı hazırladıqları fləşmobu təqdim ediblər.

Onlar “Marş irəli!” kimi vətənpərvərlik mahnılarını səsləndirib, hərbi rəqslər nümayiş etdiriblər. Sonda yallı gedərək birlik və bərabərliyi simvolizə ediblər.

Qeyd edək ki, tədbirdə valideynlər, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Loading...

www.yenicag.az

2530
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100