!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həftə sonu hava necə olacaq?

!Reklam – Yazi

yagish_kulek_hava-esas9Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah paytaxt və yarımadada səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 11-16 dərəcə isti təşkil edəcək. Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 30-da hava şəraiti əsasən yağmursuz keçəcək, səhər duman olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Xəbərdarlığa görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin oktyabr ayının sonunadək davam edəcəyi gözlənilir.

www.yenicag.az

677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv