UEFA Çempionlar Liqasında bu həftə oynanılmış üçüncü turun ən yaxşı futbolçusunun adı açıqlanıb.
Yenicag.az UEFA-nın saytına istinadla xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Roma”nın bosniyalı hücumçusu Edin Ceko bu turun ən yaxşı oyunçu seçilib. O, “Liverpul”un misirli hücumçusu Məhəmməd Salahı, “Mançester Siti”nin ispan yarımmüdafiəçisi David Silvani və “Borussiya Dortmunt” komandasının mərakeşli müdafiəçisi Əşrəf Həkimini qabaqlayıb.
Qeyd edək ki, Edin Ceko Çempionlar Liqasının üçüncü turunda doğma meydanda CSKA (Moskva) komandasını 3:0 hesabı ilə məğlub etdikləri matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.