Həftəsonları nəqliyyatın hərəkəti bərpa edilə bilər

Hazırkı göstəricilərə görə həftə sonları ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Lakin mütəmadi olaraq epidemioloji statistik göstəricilər təhlil olunur. Müsbət tendensiya olduğu halda qarşıdakı dövrdə ictimai nəqliyyatın hərəkəti bərpa oluna bilər”, – deyə, o qeyd edib.