Həftəsonu 760-dan artıq toyda monitorinq keçirilib, 6 nəfər cərimələndi

19-20 fevral tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 763 toy şənliyinin monitorinqini həyata keçirib.

Yenicag.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, monitorinq 758 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib.

1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib.

1191 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

COP29