Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda küçəyə çıxmaq qadağası bitib

Həftəsonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi tədbirləri başa çatıb.

Yenicag.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bəzi məhdudiyyətlər tətbiq edilib.

Qərara əsasən, fəaliyyətinə icazə verilmiş sahələrdə çalışanlar istisna olmaqla, vətəndaşların yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım və fəaliyyətinə icazə verilmiş orqanlara (qurumlara) və təşkilatlara məxsus xidməti avtomobillər istisna olmaqla, bütün digər avtomobillərin və ictimai nəqliyyatın hərəkəti qadağan olunub.

Marketlər, ticarət mərkəzləri, apteklər də həftəsonu fəaliyyət göstərməyib.

Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qanunla nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyətinə cəlb olunub.

www.yenicag.az

268
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100